Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlıq maksimum yüksək səviyyədədir. Rusiyalı hərbi ekspert Oleq Kuznetsov belə hesab edir.
“Həm siyasi, həm iqtisadi, həm hərbi-texniki sahədə Rusiya-Azərbaycan münasibətləri əvvəlki kimi ən yüksək inkişaf səviyyəsindədir. Heç kəs bu əlaqələrin dəyişməsi və ya bitməsinə dair məsələni gündəliyə daxil etmir”, - deyə O.Kuznetsov cümə axşamı “Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığın perspektivləri” mövzusunda jurnalistlərlə görüşdə bildirib.
Onun rəyinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması Azərbaycan-Rusiya əməkdaşlığının inkişafında ən mühüm məsələ deyil. “Misal üçün, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı özəl aspektlər, ən azı Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərdə ikinci dərəcəli əhəmiyyət kəsb edir. Çünki iqtisadiyyat və qarşılıqlı sərfəli iqtisadi əməkdaşlıq bütün bu digər nüans və aspektlərdən daha vacibdir. İctimai rəy üçün bu mövzunun daha mühüm əhəmiyyət kəsb etməsi mümkündür”, - deyə ekspert qeyd edib.
Rusiyalı ekspert vurğulayıb ki, Azərbaycan rəhbərliyi başa düşür ki, Dağlıq Qarabağ münaqişəsindən başqa regional təhlükəsizliyə digər qlobal təhdidlər var.
“Azərbaycan rəhbərliyi regionda hərbi-siyasi vəziyyət barədə çox yaxşı məlumatlıdır və anlayır ki, Dağlıq Qarabağ faktorundan başqa beynəlaxlq siyasətdə, həmçinin dövlət təhlükəsizliyinə daha qlobal və ciddi geosiyasi, strateji təhdidlər var ki, Bakı onları digər ölkələrlə birgə və əməkdaşlıq şəraitində həll etməlidir”, - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bu məsələyə dair iki təbii müttəfiqi var - Türkiyə və Rusiya.
Ekspert qeyd edib ki, Moskva və Bakı ilə Rusiya hərbi aviasiyasının Azərbaycanın hava məkanı üzərindən uçması məsələsini razılaşdıracaq.
“Unutmaq olmaz ki, Rusiyanın strateji aviasiyası Suriya ərazisində “İslam dövləti”nin mövqelərinə zərbələr endirmək məqsədilə İranın Həmədan aerodromundan istifadə etməyə başlayır. İstənilən halda, Azərbaycanın hava məkanı Rusiya və İranın hava məkanları arasında yerləşir. Bu səbəbdən, bütün naviqasiya, təyyarələrin uçuşu, Azərbaycanın hava məkanında Rusiya hərbi aviasiyanın hüquqi status məsələləri dövlətlərarası səviyyədə tənzimlənməlidir”, - deyə ekspert vurğulayıb.
O.Kuznetsovun sözlərinə görə, Suriyada terrorçuların obyektlərinə bomba zərbələri endirildiyi zaman Rusiya raketlərinin Azərbaycanın hava məkanından uçuş həyata keçirməsi məsələsi də buna aiddir. **
R.Babayev