X Yubiley Azərbaycan Beynəlxalq Təhsil sərgisində dünyanın 14 ölkəsindən 118 təhsil müəssisəsi iştirak edəcək. Bu barədə “Caspian Event Organisers” şirkətinin direktoru Bəhruz Hidayətzadə cümə axşamı mətbuat konfransında bəyan edib.
Sərgi 7-9 oktyabr tarixlərində keçiriləcək.
“Təhsil sərgisində 60-dan artıq müxtəlif fakultələri təmsil edən dünyanın 14 ölkəsindən 118 təhsil müəssisəsi iştirak edəcək”, - deyə B.Hidayətzadə məlumat verib.
Onun sözlərinə görə, eksponatlar arasında Azərbaycan, Belarus, Macarıstan, Almaniya, İordaniya, Latviya, Litva, Polşa və Çexiyanın ali məktəbləri, kollecləri, kursları, məktəbləri, ümumtəhsil və elmi mərkəzləri var.
“Sərgidə ənənəvi olaraq milli stendlərlə Polşa (“Go Poland”), Litva (“Study in Lithuania”) və Türkiyə (Study in Turkey) çıxış edəcəklər”, - deyə o qeyd edib.
B.Hidayətzadə əlavə edib ki, hər il Təhsil sərgigi öz coğrafiyasını genişləndiri. “Bu il İordaniya kolleci ilk dəfə sərgidə iştirak edəcək”, - deyə o vurğulayıb.
Öz növbəsində, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov qeyd edib ki, bu sərgidə Azərbaycandan iştirakçıların sayı ümumi eksponentlərin 30%-ni təşkil edir.
“Bu sərgiyə ildən ilə maraq artır. Buna görə SABAH, “Maarifçi”, “Azərbaycan üçün öyrət” kimi brendlərimizin geniş təqdimatına dair qərar qəbul edilib”.
Sərgidə yerli ali məktəblərdən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Gəncə Dövlət Universiteti, “Qafqaz” Universiteti, “IT Step Academy” iştirak edəcəklər. “EduGuide” Azerbaijan və “CELT Colleges” şirkətləri xaricdə təhsil proqramını təqdim edəcəklər.
Bu il sərgidə məktəbəqədər və orta təhsil sektoru təqdim olunacaq. Bu sektorda Beynəlxalq Sabis Sun Məktəbi və “XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, British School in Baku iştirak edəcək.
Bütövlükdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq. Bu il sərginin fərqi Beynəlxalq Sabis Sun Məktəbinin təqdim edəcəyi məktəbəqədər tədris proqram olacaq.
Sərgi günlərində həmçinin Karyera-2016 sərgisi keçiriləcək. Bu, həm bilavasitə işə düzətmə, həm də rekrutinq üzrə mütəxəssislərlə peşəkar ünsiyyət təcrübəsi toplamaq üçün imklan yaradan ixtisaslaşmış platformadır.
Gilan Holding, SOCAR, SOCAR AQS, Azersun, Baku Sea Port şirkətlərinin də iştirak edəcəyi Karyera-2016 sərgisi ziyarətçilərə tədris-təhsil proqramları və vakansiyalar təqdim edəcək. O cümlədən, ziyarətçilər işə düzəlməyə dair pulsuz məsləhətlər əldə edə və anket doldura bilərlər. **
F.İsazadə