Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı ilin yanvar-sentyabr aylarında müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 120,6 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Verilən kreditlərin ümumi məbləğindən 84%-i aqrar sektorun inkişafı layihəklərin maliyyələşdirilməsi, 16%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Bütövlükdə, ümumi məbləğdən 66,8%-i regionlarda, 33,2%-i Bakıda sahibkarlara verilib”, - deyə məlumatda qeyd olunur.
2016-cı ilin əvvəlindən fondun vəsaitləri hesabına 1,815 min layihə maliyyələşdirilib.
Oktyabrın 86-da SKMF Biləsuvar rayonunda sahibkarlığa dövlət dəstəyi məsələlərinə dair tədbir keçirib.
“Tədbir çərçivəsində Aran iqtisadi rayonunda 51 sahibkarlıq subyektinə ümumilikdə 1,4 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması hesabına 200-dən artıq iş yerinin açılması mümkün olacaq”, - deyə məlumatda bildirilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 59 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.**
N.Abbasova