Azərbaycan ərzaq və kimya sənayesi məhsullarının ixracı üçün mühüm potensiala malikdir. Bu barədə AZPROMO-nun rəhbəri Rüfət Məmmədovbəyan edib.
“Azərbaycan ASK məhsullarını artıq xarici bazarlara ixrac edir. Ölkəmiz dünya ərzaq bazarında fındıq, nar, heyva, həmçinin pomidor və xiyar ilə məşhurdur”, - deyə R.Məmmədov cümə axşamı “Made in Azerbaijan” brendinin xaricdə təşviqi çərçivəsində jurnalistlərə bildirib.
Bundan başqa, R.Məmmədovun sözlərinə görə, həmçinin Azərbaycan kənd təsərrüfatının emalı sahəsində məhsulları ilə məşhurdur. “Bu istiqamətdə yaxşı imkanlarımız və potensialımız mövcuddur, o cümlədən ərzaq məhsulları, spirtli və spirtsiz içkilərin istehsalı sahəsində”, - deyə o qeyd edib.
“Bununla yanaşı, kimya sənayesi məhsullarının ixracı sahəsində böyük potensialımız var”, - deyə o əlavə edib. **
F.İsazadə