“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisi istehsalı üzrə dövlət inhisarçısı) 2016-cı ilin yanvar-sentyabr aylarında 16,5 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SC-nin mətbuat xidmətindən məlumat verilib.
2015-ci ilin yanvar-sentyabr aylarında ASC-nin elektrik stansiyalarında 16,9 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub. Beləliklə, 2016-cı ilin yanvar-sentyabr aylarında hasilat 2,4% azalıb.
Cari ilin sentyabr ayında “Azərenerji” 1,7 mlrd. kVt/saat, 2015-ci ildə isə 22,5 mlrd. kVt/saat
elektrik enerjisi istehsal edib. **
N.Abbasova