Azərbaycan Mərkəzi Bankının (AMB) balansında olan əsas vəsaitlərin (əmlakın), nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması ilə əlaqədar keçirilən tenderin nəticələri açıqlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
"Mərkəzi Bank əmlakın, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması üzrə xidmətlər göstərəcək şirkətlərin seçimi üzrə tenderə yekun vurub”, – deyə bankın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, bankın balansında olan əsas vəsaitlərin sığortaçısı "PAŞA Sığorta", nağd pulun sığortaçısı "Meqa Sığorta", nəqliyyat vasitələrinin sığortaçısı "AXA Mbask" müəyyən edilib.
AMB-yə əmlak və nağd pulun sığortalanması üzrə xidmətlər 1 noyabr 2016-cı il tarixindən etibarən 12 ay ərzində, nəqliyyat vasitələrinin sığortalanması üzrə xidmətlər isə 25 yanvar 2017-ci il tarixindən etibarən 12 ay ərzində göstərilməlidir.
Hazırda AMB-nin balansında olan əmlakın, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması ilə bağlı xidmətlər «PAŞA Sığorta» tərəfindən göstərilir.*
A.Əzizov