Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 7-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,6036 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Oktyabrın 7-nə manatın avroya nisbətən rəsmi məzənnəsi oktyabrın 6-da qeydə alınmış 1,7956 manat/1EUR səviyyəsinə qarşı 1,7827 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,7182% möhkəmlənib.
AMB oktyabrın 7-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini oktyabrın 6-na olan 0,0257 manat/1RUR səviyyəsinə qarşı 0,0258 manat/1RUR səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 0,3891% ucuzlaşıb. **
A.Əzizov