İranın “Mahan Air” aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatında deyilir.
“Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra verib”, - deyə məlumatda qeyd olunur.
Uçuşlar həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri “Airbus A310” layneri ilə yerinə yetiriləcək.
Hazırda “Azərbaycan Hava Yolları” və İranın ATA Airlines aviaşirkətləri Tehrana uçuşlar həyata keçirir. **
N.Abbasova