İnsan kapitalının inkişafı Azərbaycanın əsas prioritetlərindən biridir. Bunun üçün təhsil sistemində islahatlar davam edir. Bu barədə təhsil nazirinin müavini Ceyuhun Bayramov bəyan edib.
“İnsan kapitalının inkişafı ölkənin əsas prioritetlərindən biridir. Bununla əlaqədar Azərbaycanda təhsil sistemində miqyaslı islahatlar davam edir. Məqsədlərdən biri - intellektual inkişafın təmin edilməsidir”, - deyə C.Bayramov cümə günü
X Yubiley Azərbaycan Beynəlxalq Təhsil sərgisinin açılışında bildirib.
Onun sözlərinə görə, dünyada texnoloji inkişaf daimi yenilənmə tələb edir. “Sevindirici haldır ki, bu il sərgidə 14 ölkədən 118 struktur iştirak edir. Təhsil Nazirliyi bu sərgini dəstəkləyir və burada iştirak edir. Biz “Maarifçi”, “SABAH” və digər layihələrlə təmsil olunuruq. Hesab edirəm ki, bu sərgi Azərbaycanda təhsil sahəsinin inkişafına dəstək olacaq”, - deyə anzir müavini vurğulayıb.
Öz növbəsində Polşanın Bakıdakı səfiri Marek Tsalka sərgidə öz əlkəsinin bir sıra təhsil strukturlıarının iştirakından məmnunluq ifadə edib. “Təhsil ölkənin mühüm amili və inkişafının qarantıdır”, - deyə o əlavə edib. **
F.İsazadə