Bakı və Cakarta Azərbaycan- İndoneziya Ticarət evi yarada bilər. Bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatında deyilir.
«Bu təklif oktyabrın5-də İndoneziyadan və Azərbaycandan olan iş adamlarının iştirakı ilə keçirilən Azərbaycan-İndoneziya biznes forumunda səsləndirilib», - deyə məlumatda bildirilir.
İndoneziyanın Azərbaycandakı səfiri Husnan Fananie qeyd edib ki, təmsil etdiyi ölkə bütün istiqamətlərdə, xüsusi ilə iqtisadi sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.
Səfir tədbir iştirakçılarını 12-16 oktyabr 2016-cı il tarixləri arasında İndoneziyada keçiriləcək “İndoneziya Trade Expo” sərgisinə də dəvət edib.*
N.Abbasova