Azərbaycanın gömrük orqanları 85 min ədəd müxtəlif markalı siqaretin ölkəyə gətirilməsinin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən “VAZ-21013” markalı minik avtomobilinə baxış zamanı həmin avtomobilin yük yerində 85,4 min ədəd “Manchester”, “Golden Gate” və “D&J” markalı siqaretlər aşkar edilib.*
R.Babayev