Polşanın PKP LHS dəmir yolu şirkəti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinə üzv qəbul olunub. Bu barədə Xəzər Dəniz Gəmiçiyini QSC-nin məlumatında deyilir.
“Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin növbəti iclası keçirilib.İştirakçılar yeni üzvlərin qəbulu ilə bağlı məsələni də müzakirə ediblər. Polşanın PKP LHS dəmir yolu şirkəti yekdilliklə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinə üzv qəbul olunub”, - deyə məlumatda vurğulıanır.
İclasda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) Koordinasiya Komitəsinin hüquqi şəxslər birliyinin yaradılması, TBNM Koordinasiya Komitəsinin təsis sazişinin imzalanması, TBNM Koordinasiya Komitəsinin hüquqi şəxslər birliyinin Nizamnaməsinin təsdiq edilməsi, TBNM Koordinasiya Komitəsinin hüquqi şəxslər birliyinin dövlət orqanlarında qeydiyyata alınması ilə bağlı maraqlarını təmsil etmək üçün səlahiyyətli təşkilatların seçilməsi məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul olunub.
İştirakçılar həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli fəaliyyəti üçün böyük potensialın mövcudluğu qeyd edilib, daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativ təşkilinin əhəmiyyətini vurğulayıblar. **
N.Abbasova