Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) İtaliyanın mikrokreditləşmə təcrübəsinin Azərbaycanda tətbiqi imkanlarını öyrənir. Bu barədə palatanın məlumatında deyilir.
Bu fikir MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlının İtaliya Milli Mikrokredit Agentliyinin sədri Mario Baccininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.
M.Baccini mikromaliyyələşmənin kiçik sahibkarlığın inkişafına ciddi dəstək olduğunu vurğulayıb.
R.Aslanlı qeyd edib ki, İtaliyanın mikrokreditləşmə təcrübəsi ölkəmiz üçün maraqlıdır və dərindən öyrəniləcək.*
A.Axundov