Azərbaycanda xəzin ixracına gömrük rüsumu tətbiq olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, Azərbaycanda gömrük rüsumu tətbiq olunacaq malların siyahısı genişləndirilir.
Xüsusilə, iribuynuzlu heyvan, qoyun və quzuların emal olunmamış dərisinin ixracı zamanı gömrük rüsumu tətbiq olunacaq.
Bundan başqa, xəzin ixracı zamanı gömrük rüsumu tətbiq ediləcək.
Xəzin növündən aslı olaraq, 1 kq üçün gömrük rüsumu $150 - $500 arası təşkil edəcək.
Nazirlər Kabinetinin qərarına əsasən, bu rüsumlar 7 noyabr 2016-cı il tarixindən qüvvəyə minir və 5 il müddətinə nəzərdə tutulur. **
A.Əzizov