Yaponiya turizm sənayesinin nümayəndələri Azərbaycanda səfərdədir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Səfər 10-14 oktyabr tarixlərini əhatə edəcək.
Səfər çərçivəsində oktyabrın 10-da Azərbaycan və Yaponiyanın turizm şirkətləri nümayəndələrinin iştirakı ilə Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının prezidenti Tadaşi Şimura tərəfindən “Yaponiyanın turizm bazarının xüsusiyyətləri” mövzusunda təqdimat keçiriləcək.
Nümayəndə heyəti paytaxt Bakı ilə yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonlarına da səfər edəcək.*
R.Babayev