Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 10-na manatın dollara qarşı rəsmi məzənnəsini oktyabrın 7-də qeydə alınmış 1,6036 manat/$1 səviyyəsinə qarşı 1,6006 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,187% möhkəmlənib.
Oktyabrın 10-na manatın avroya nisbətən rəsmi məzənnəsi oktyabrın 7-də qeydə alınmış 1,7827 manat/1EUR səviyyəsinə qarşı 1,7914 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,488% ucuzlaşıb.
AMB oktyabrın 10-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini oktyabrın 7-nə olan 0,0258 manat/1RUR səviyyəsinə qarşı 0,0257 manat/1RUR səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 0,3876% möhkəmlənib. **
A.Axundov