Dövlət Sosial Müdafiə Fondu (DSMF) dövlət sosial sığorta şəhadətnamələrinin çapı üçün plastik kartların satınalınması ilə əlaqədar tender elan edib. Bu barədə fondun elanında deyilir.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcək:ən səmərəli tender təklifinə, iddiaçıların analoji işlər üzrə təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış, iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqında rəsmi məlumatı təqdim etməlidir.
Tenderdə iştirak haqqı 250 manat təşkil edir. Təkliflər 16 noyabr 2016-cı il tarixinədək qəbul olunacaq. Tender proseduru noyabrın 18-də baş tutacaq.
Azərbaycanda sosial sığorta şəhadətnamələri 2006-cı ildən etibarən sosial sığortanın fərdi uçotuna əsaslanan yeni pensiya sisteminə keçidlə əlaqədar olaraq verilir. Hər bir sığortaçı 13 rəqəmli fərdi koda malik şəhadətnamə alıb. Şəhadətnamədə 1-8-ci rəqəmlər sığortaçının doğum tarixini, 9-13-cü rəqəmlər onun fərdi nömrəsini əks etdirir.*
A.Axundov