Azərbaycan Mərkəzi Bankı (AMB) bazar ertəsi növbəti depozit hərracında 39,5 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank oktyabrın 10-da keçirilən hərracda 50 mln. manat cəlb etməyi planlaşdırmışdı. 39,5 mln. manat məbləğində vəsait cəlb etməyə müvəffəq olub. Orta ölçülmüş faiz dərəcəsi 14,66% təşkil edir”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB 2016-cı ilin iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-oktyabr aylarında keçirilmiş 15 hərracda bank 1 ay müddətinə 680,5 mln. manat cəlb edib.**
A.Əzizov