İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 11 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həlak olub, 16 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 163 cinayət faktı qeydə alınıb, onların 36-sı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 77 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.**
R.Babayev