BMT Rezident Əlaqələndirici Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını alqışlayır.
"Biz hökumətin qlobal məqsədlərin səmərəli həyata keçirilməsi yolunda göstərdiyi öhdəlik kimi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını müsbət qiymətləndiririk”, - deyə BMT Rezident Əlaqələndiricisinin Azərbaycan Ofisinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, Azərbaycandakı BMT Sistemi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində Şuranı dəstəkləməyə hazırdır və vətəndaş cəmiyyəti, eləcə də Azərbaycan cəmiyyətindəki digər seqmentləri bir araya gətirəcək inklüziv prosesin baş tutacağına ümid edir.*
R.Babayev