“PAŞA Kapital” şirkəti 2016-cı ilin sentyabr ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (Repo əməliyyatları bazarı istisna olmaqla) göstərilən xidmətlərin həcminə görə brokerlərin renkinqinə başçılıq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
“PAŞA Kapital” MMC ötən ay ümumilikdə 33 mln. 306,643 min manat məbləğində broker xidməti göstərib (avqustda 1-ci yer).
İkinci yeri 18 mln. 411,935 min manat məbləğində xidmət göstərmiş “Unicapital” investisiya şirkəti tutub (avqustda 2-ci yer).
Sentyabr ayının yekunları üzrə üçüncü yerdə 14 mln. 325,169 min manat məbləğində xidmət göstərmiş “AzFinance” investisiya şirkəti qərarlaşıb (avqustda 3-cü yer).
Sentyabr ayında cəmi 4 şirkət xidmət göstərib.*
A.Axundov