Çərşənbə axşamı Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vuracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MSK-dən məlumat verilib.
“MSK sabah keçiriləcək iclasında referenduma yekun vuracaq və referendumun nəticələrini rəsmi bildiriş kimi elan edəcək”, - deyə MSK-nın nümayəndəsi bildirib.
Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendum keçirilib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda 69,7% seçici iştirak edib
Seçicilərin 84,2%-i prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılmasını dəstəkləyib. Seçicilərin 9%-dən çoxu isə bu dəyişikliklərin əleyhinə olub.
M.Pənahov deyib ki, seçicilərin 84,5%-i Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasına “hə” deyib, 6,5%-i isə əleyhinə olub.
Seçicilərin 88%-i prezidentliyə namizədlərin yaş məhdudiyyətinin aradan qaldırılması təşəbbüsünü dəstəkləyib, 6,8%-i isə buna qarşı olub.
Referendumun nəticələri oktyabrın 21-dək elan ediləcək.**
R.Babayev