Türkiyə Rusiya, Türkmənistan, Yaxın Şərq, Azərbaycandan qaz tədarükü üçün mərkəzə çevrilmək niyyətindədir.
Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Dünya Enerji Konqresində xatırladıb ki, hazırda Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql etməyə imkan yaradna TANAP qaz kəmərinin tikintisi həyata keçirilir.
Bundan başqa, o əlavə edib ki, hazırda Rusiyadan qaz Trans-Balkan dəhlizi (Ukrayna vasitəsilə) ilə Türkiyəyə nəql edilir. “Türk axını” inşa ediləndən sonra isə bu kəmərlə tədarük olunacaq.
R.Ərdoğan həmçinin Türkiyə ərzisi ilə Türkmənistan qazının Avropaya çıxarıımasının tərəfdarı olduğunu bildirib. **