“MKT İstehsalat Kommersiya”MMC$20 mln. məbləğində istiqrazın emissiyasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
"Palata oktyabrın 6-da MKT-nin $20 mln. məbləğində təmin olunmamış istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Emissiya hər birinin nominal dəyəri $1 min olan 20 min ədəd səhmə bölünüb", - deyə məlumatda qeyd olunur.
İstiqrazların tədavül müddəti 24 ay, gəlirlilik illik 6%-dir.*
A.Əzizov