Oktyabrın 10-da Azərbaycan ərazisində baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 6 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 76 cinayət faktı qeydə alınıb, onların 26-sı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 68 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.*
R.Babayev