“AzRusTrans” QSC-nin nizamnamə kapitalı 150 min manat təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MaliyyəBazarlarına NəzarətPalatasından məlumat verilib.
“Oktyabrın 6-da Palata “AzRusTrans” QSC-nin 150 min manat məbləğində adi səsnədsiz səhmlərinin ilkin (təsisçi) emissiya prospektini qeydiyyata alıb. Emissiya bir qymətli kağız üçün nominalı 1 manat olan 150 min səhmə bölünüb”, - deyə Palatadan bildiriblər.
Səhmlərin yerləşdirilməsi qapalı yerləşdirmə üsulu ilə həyata keçiriləcək.
“AzRusTrans” QSC 6 sentyabr 2016-cı il tarixində Bakıda qeydiyyata alınıb. **
A.Axundov