2017-ci ilin yanvarından NATO-nun Azərbaycandakı koordinatorunun funksiyalarını Macarıstanın Bakıdakı səfirliyi yerinə yetirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bu ölkənin Bakıdakı səfiri İmre Laslotski məlumat verib.
«Gələn ilin yanvar ayından başlayaraq NATO-nun əlaqələndirici səfirliyi funksiyaları rotasiya əsasında Rumıniyadan Macarıstana keçəcək», - deyə o bildirib.
Səfirin sözlərinə görə, Rumıniya bu ilin dekabrında NATO-nun Bakıdakı koordinatoru kimi missiyasını başa vurur.
Rumıniyanın Azərbaycandakı səfirliyi 2009-cu ildən bəri 4 dəfə NATO-nun Bakıdakı əlaqələndirici səfirliyi mandatını alıb.*
F.İsazadə