Çərşənbə axşamı xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın İsveçrə və Avropa İttifaqı ilə viza sadələşdirilməsi və readmissiya haqqında sazişləri imzalamasına dair notanı Lixtenşteyn Knyazlığının xarici işlər, təhsil və mədəniyyət naziri Aurelia Frikə təqdim etdi. Bu barədə nazirlikdən məlumat verilib.
A.Frik öz növbəsində Avropa İttifaqı ilə viza sadələşdirilməsi və readmissiya haqqında imzalanmış sazişin müddəalarının Lixtenşeyn tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq ediləcəyini ehtiva edən notanı təqdim edib. **
F.İsazadə