Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov bu ölkənin prezidenti Yoaxim Qaukaetimadnaməsini təqdim edib. Bu barədə Xarici Işlər Nazirliyindən məlumat evrilib.
“Y.Qauk rəsmi görüş zamanı R.Həsənovu Almaniyaya səfirtəyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb”, - deyə məlumatda deyilir.
Səfir Azərbaycan və Almaniya arasında bütün sahələrdə münasibətlərin inkişafetdiyini, ən yüksək səviyyədə siyasi dialoqun mövcudluğunu məmnuniyyətlə diqqətəçatdırarıb.
Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin ikitərəflivə çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.**
A.Əzizov