“Rosselxoznadzor”un Dağıstan Respublikası üzrə İdarəsinin müfəttişləri oktyabrın 10-da Azərbaycandan 18 ton təzə almanın idxalının qarşısını alıblar. Bu barədə İdarənin mətbuat xidmətinin məlumatında deyilir.
Nəqliyyat vasitəsi “Yaraq-Qazmalar” beynəlxalq avtomobil buraxılış məntəqəsinin Rusiya sərhədində saxlanılıb. Buna səbəb almalarda karantin zərərvericisi olan şərq alma qurdunun aşkarlanmasına dair Ümumrusiya Bitkilərin Karantin Mərkəzinin Dağıstan filialınınrəyi olub.
Yük sahibi “Bitkilərin karantini haqqında” qanunun 15-ci maddəsini pozub və RF İnzibati Xətalar Məcəlləsinin 10.2-ci maddəsi (Karantin altında olan məhsulların idxal və ixrac qaydalarının pozulması) ilə inzibati məsuliyyətə cəlb olunub. Qeyd edək ki, karantin altında olan məhsulların RF ərazisinə idxalı qadağan edilib.*