2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 6,088 min hüquqi şəxs qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 33,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
"Cari ilin 9 ayı ərzində respublikada 6,088 min hüquqi şəxs, o cümlədən filial və nümayəndəliklər qeydiyyata alınıb və ötən ilin yanvar-iyun ayları ilə müqayisədə onların sayı 33,3% artıb", - deyə məlumatda bildirilir.
Qeydiyyata alınmış hüquqi şəxslərin 63,3%-i Bakıda fəaliyyət göstərir.
Bundan başqa, 2016-cı ilin 9 ayı ərzində Azərbaycanda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan 83,094 min fiziki şəxs qeydiyyata alınıb və 2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə onların sayı 55,8% artıb.**
A.Əzizov