Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
"Bu gün Milli Olimpiya Komitəsində (MOK) keçirilən iclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qurumun yeni rəhbəri seçilib", - deyə məlumatda bildirilir.
O, bu postda Ziya Məmmədovu əvəzləyib.*
A.Əzizov