Aşura ilə bağlı tədbirlərdə qanun pozuntusu qeydə alınmayıb. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı deyib.
“İndiyədək heç bir qanun pozuntusu qeydə alınmayıb. Bütün tədbirlər qanun çərçivəsində keçirilir», - deyə M.Qurbanlı bu gün jurnalistlərə bildirib.
O xatırladıb ki, 2015-ci ildə Milli Məclis “Etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edib. Bu dəyişikliklərə əsasən bütün dini ayinlər məscidlərdə, kilsələrdə və sinaqoqlarda keçirilməlidir.
«Bu il bütün ayinlərin məscidlərdə keçirilməsi üçün müvafiq tədbirlər görmüşük»,- deyə komitə sədri qeyd edib.
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi qanvermə aksiyasında insident qeydə alınmayıb. «Bütün məscidlərdə qanvermə aksiyası davam edir. İnsanlar məscidlərdə yaradılmış məntəqələrə gələrək heç bir maneə olmadan qan verirlər», - deyə M.Qurbanlı əlavə edib.*
F.İsazadə