Türkiyə və İran Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin şəhid olduğu Aşura günündə qanvermə təcrübəsini Azərbaycandan götürüblər. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə məlumat verib.
“Türkiyədə mənə Aşura günü qanvermə aksiyasının təşəbbüskarı olduğuma görə minnətdarlıq etdilər. Biz də həmin gün qan verdik. Bu təıdbirləri İran və digər ölkələrdə keçirməyə başlayıblar. Qan vermək, insan həyatını xilas etmək savab olan əməllərdir”, - deyə A.Paşazadə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, qanvermə aksiyasında Azərbaycanda yaşayan müxtəlif millət və dinin nümayəndələri iştirak edirlər.
“Azərbaycanda bu aksiyada büetün din və konfessiyaların nümayəndələri iştirak edirlər. Bu gün ilk dəfə Dağ Yəhudiəri İcmasının sədri Milix Yevdayev bizimlə birgə qan verir. Bakı vəAzərbaycan Yeparxiyasının arxiyepiskopuAleksandrİşein də burada bizimlə birlikdədir. O cümlədən, Azərbaycanda sünnilərin rəhbəri müfti Salman Musayev aksiyada iştirak edir. Azərbaycanın digər məscidlərində sünnilər şiələrlə bigə qan verirlər”, - deyə QMİ sədri vurğulayıb.
Şeyx bildirib ki, qan vermək istəyənlərin sayı ildən-ilə artır. “Bu, insanlarda Allaha inamın möhkəmlənməsi ilə əlaqədardır. Əgər sovet dövründə Azərbaycanda bir neçə məscid fəaliyyət göstəridisə, bu gün onların sayı yüzlərlədir. Biz yeni məscidlər açmaq niyyətindəyik. Dövlət vətəndaşları üçün zəruri hər cür şərait yaradıb”, - deyə QMİ sədri bildirib.
A.Paşazadə xatırladıb ki, İmam Hüseyn öz ailəsi və silahdaşları ilə bilikdə Məhərrəm ayınınn onuncu günü Aşurada şəhid olub.
“İmam Hüseyn öz ailəsi və silahdaşları ilə birlikdə həqiqət uğrunda şəhdi olub. Aşura bizi sındırmamalıdır. Əksinə, biz düşmənə qarşı birləşməliyik, zülmə qarşı mübarizə aparmalıyıq, həqiqət və ədaləti müdafiə etməliyik. Bununla yanaşı, bizim Azərbaycanın ərazi bütövlüyü, Qarabağ uğrunda canlarından keçən şəhdilərimiz var. Bu gün biz onları da yada salmalıyıq və Allaha onların ruhları üçün dua etməliyik”, - deyə A.Paşazadə qeyd edib. **
F.İsazadə