Aşura günündə qan vermək Azərbaycan xalqının mahiyyətini açan dinlərarası aksiyadır. Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr belə hesab edir.
«Mən qanvermə aksiyasında ikinci dəfədir iştirak edirəm. Bu, çox yaxşı aksiyadır. Təəssüflər olsun ki, bizdə talassemiyalı xəstələrin sayı çoxdur. Onlara dəstək göstərmək bütün insanların borcudur. Eyni zamanda dini hadisələrə həsr olunan bu gözəl, multikultural dinlərarası aksiya bir daha Azərbaycan xalqının kim olduğunu hamıya göstərir», - deyə arxiyepiskop “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.*
F.İsazadə