Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Suriyada silahlı qruplaşmaların tərkibində döyüşməkdə təqsirləndirilən Zöhrab Məmmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə yerli KİV-lər xəbər verir.
Z.Məmmədov Cinayət Məcəlləsinin 12.1 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 283-1.3-cü maddələri (milli, irqi, sosial və ya dini düşmənçiliyin dini nifrət və düşmənçiliyin salınması) ilə təqsirli bilinib.*
R.Babayev