Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ABŞ-ın Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Poçt markasının üzərindəAzərbaycan bayrağı əks etdirilib və Bakı şəhərinin müasir görünüşü fonunda “Azərbaycan: Müstəqilliyin 25 İlliyi (1991-2016)” sözləri yazılıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə buraxılan marka ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunub.*
R.Babayev