Azərbaycan gömrükçüləri Gürcüstana gedən Azərbaycan vətəndaşından $800 min məbləğində valyutanın ölkədən çıxarılmasının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Gürcüstana gedən Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən $800 min aşkar edilərək götürülüb”, - deyə məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə