İtaliyanın “Tenaris Global Services” şirkəti Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrində iştirakda maraqlıdır. Bu barədə şirkətin icraçı direktoru Paulo Rokka bəyan edib.
Energetika Nazirliyindən bildirilib ki, P.Rokka energetika naziri Natiq Əliyev ilə görüşdə əməkdaşlıq məsələlərini müzakirə edib.
“Görüşdə “Tenaris Global Services”in icraçı direktoru Azərbaycanın enerji layihələrində iştirakda maraqlı olduqlarını bəyan edib”, - deyə məlumatda deyilir.
Onun sözlərinə görə, 21 min 700 işçiyə malik şirkətin büdcəsi 7,1 mlrd. ABŞ dolları təşkil edir. Şirkət dünyanın aparıcı neft-qaz bazarlarında birbaşa iştiraka malikdir.
N.ƏLiyev ölkədə investisiya üçün əlverişli mühitin olduğunu diqqətə çatdırıb.
Nazir qonağa bildirib ki, 2020-ci ildə Azərbaycan təbii qazının TAP kəməri ilə Avropa bazarlarına çatdırılmasına nail olacaq. **
A.Əzizov