“Yapı Kredi Bank Azerbaijan” QSC “Elektron hökumət” portalı (e-gov.az) vasitəsilə vətəndaşlardan elektron arayışların qəbuluna başlayıb. Bu barədə portalda məlumat verilib.
Hazırda portal vasitəsilə vətəndaşlar elektron formada 13 növ arayış almaq imkanına malikdir.
Bu xidmət vətəndaşlara elektron formada dövlət qurumundan arayış almağa imkan verir.
Bu sistemə Azərbaycanda fəaliyyət göstərən 25-dən artıq bank və bank olmayan kredit təşkilatı qoşulub.
“Yapı Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları Türkiyənin 3 şirkətidir.**
A.Əzizov