İqtisadiyyat Nazirliyi Ağstafa və Gəncə rayonlarında sənaye zonalarının yaradılması imkanlarını araşdırır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev kollegiya iclasında məlumat verib.
«Bu işlər 3 ay ərzində yekunlaşdırılacaq», - deyə o bildirib.
Nazir hesab edir ki, sənaye zonalarının yaradılması bu regionların potensialından maksimal dərəcədə istifadə etməyə imkan verəcək.*
A.Axundov