Kreml müttəfiq dövlət olan Ermənistana “İskəndər” komplekslərinin tədarükündə problem görmür və qeyd edir ki, bu Azərbaycan üçün gözlənilməz hadisə olmamalıdır.
“Rusiya Ermənistanın müttəfiqidir, biz KTMT çərçivəsində və ikitərəfli fərmatda əməkdaşlıq edirik. Beləliklə, tərəfdaşlarımızla razılığa gəldiyimiz silahları tədarük etmək hüququmuz var”, - deyə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Y.Uşakovun qeyd etdiyi kimi, “düşünürəm ki, bu heç kəs, həmçinin azərbaycanlı tərəfdaşlar üçün gözlənilməz deyil”.
“Azərbaycana da digər silahlar tədarük olunur”, - deyə o vurğulayıb.
Jurnalistlərin Ermənistana “İskəndər” kompleksinin tədarükü regionda hərbi tarazlığı poza bilərmi sualına Y.Uşakov cavabında bildirib ki, “Həmin tarazlığı kimin ölçəcəyi mənə məlum deyil”. **