Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov Türkiyənin yeni təyin olunmuş səfiri Erkan Özoralın etimadnaməsinin surətini qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Görüşdə iqtisadi-ticarət əlaqələrinin daha da inkişafının əhəmiyyəti qeyd olunaraq, TANAP layihəsi üzrə işlərin uğurla davam etməsindən məmnunluq ifadə edilib, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tezliklə tamamlanacağı vurğulanıb.
E.Özoral iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Azərbaycanın nümayiş etdirdiyi dəstəyə görə təşəkkür edib və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildirib.
E. Məmmədyarov Azərbaycanın həmişə olduğu kimi bu məsələdə də Türkiyənin yanında olduğunu diqqətə çatdırıb.*
F.İsazadə