Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycandan 18 ton alma məhsulunun Rusiyaya idaxlına dair “Rosselxoznadzor”un qadağasına dair məlumat daxil olmayıb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
“Kənd Təsərrüfatı Nazirliyinə heç bir məlumat daxil olmayıb və belə bir fakt aşkar edilməyib”, - deyə nazirlikdən qeyd ediblər.
Öncə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyinin rəsmi saytına istinadən “Rosselxoznadzor”un Dağıstan üzrə İdarəsinin müfəttişləri tərəfindən Azərbaycandan Rusiyaya ixrac olunan 18 ton alma məhsulu üzərində aparılan fitosanitar baxış zamanı karantin zərərverici hesab olunan şərq meyvəyeyəni (Grapholithamolesta Busck) aşkar olunması və avtomobilin Rusiya ərazisinə daxil olmasına qadağa qoyulması barədə məlumat yayımlanıb. **
A.Axundov