Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bır sıra şəhərlərin baş planının hazırlanması üçün podratçı seçimi üzrə təkrar tender elan edib.
Tender elanına əsasən, Biləsuvar, Quba və Tovuzun baş planının hazırlanması planlaşdırılır.
Hər bir şəhər üzrə tenderdə iştirak haqqı 100 manatdır.
Bu şəhərlərin baş planının hazırlanması üzrə işlər dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdiriləcək.
Tender təklifləri 2016-cı il noyabrın 28-dək qəbul edilir. Tender proseduru noyabrın 29-da baş tutacaq.**
A.Axundov