"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Dubaya və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya elan edib.
“1 dekabr 2016-cı ilədək Bakı-Dubay-Bakı reyslərinə aviabiletlərin dəyəri cəmi 188 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir. Aviabiletlərin dəyərinə, həmçinin baqajın havayı daşınması (23 kq-dək), isti və soyuq qidaların bütün çeşidləri daxildir”, - deyə şirkətin məlumatında deyilir.
Qeyd edək ki, AZAL-ın Bakıdan Dubaya aviareysləri gündə iki dəfə komfortlu laynerlərdə (Airbus A319 və A320) həyata keçirilir.
A.Əzizov