Xarici işlər naziri Elmar Məmmədyarov Özbəkistanda İslam Əməkdaşlıq Təşkilatının 43-cü xarici işlər nazirləri şurasında iştirak edəcək.
“18-19 oktyabr tarixində Daşkənd şəhərində “Təhsil və Maarifçilik: Sülh və Yaradıcılığa doğru yol” mövzusu altında şuranın müşavirəsi keçiriləcək”, - deyə nazirlikdən qeyd ediblər.
İƏT xarici işlər nazirlərinin şurasında E.Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub. **
R.Babayev