Azərbaycanda "Tik, idarə et, təhvil ver" (TİT) modeli əsasında layihələr həyata keçirən investorlar dövlət rüsumu ödəməkdən azad olunacaqlar.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər qəbul edilib.
3.3-cü maddəyə əsasən, TİT modeli əsasında "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun çərçivəsində layihələr həyata keçirən investorlar dövlət rüsumu ödəməkdən azad olunurlar.*
A.Əzizov