Azərbaycan və Pakistan əczaçılıq və müdafiə sənayesi sahəsində müştərək müəssisələrin yaradılması məsələsini müzakirə edir. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Biz bu gün Azərbaycanda əczaçılıq sahəsində müştərək müəssisələrin yaradılması məsələsini müzakirə etdik. Pakistan bu sahədə inkişaf etmiş ölkələr sırasına aiddir. Biz bu sahəni Azərbaycanda inkişaf etdirmək istəyirik, çünki ölkəmiz idxaldan asılıdır”, - deuə İ.Əliyev Pakistann baş naziri ilə görüşün yekunlarına dair mətbuat üçün birgə bəyanatda bildirib.
Onun sözlərinə görə, Azərbaycan digər sahələrdə də Pakistanla müştərək müəssisələrin yaradılmasında maraqlıdır.
İ.Əliyev qeyd edib ki, Pakistanın baş naziri ilə görüşdə hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. “Bu gün biz Silahlı Qüvvələrimizin birgə təlimlərinin keçirilməsi planlarını müzakirə etmişik. Bundan başqa, birgə silah istehsalı qura bilərik. O cümlədən, Pakistandan ən müasir və yüksək texnoloji silah almaq istəyirik. Bu məsələ ilə əlaqədar tam qarşılıqlı anlaşma əldə etmişik”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan prezidenti həmçinin ASK, turizm, nəqliyyat sahələrində Pakistanla əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. **
A.Əzizov