Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Naxçıvanbank” ASC-nin Ordubad rayonunda filialının açılması üçün icazə verib. Bu barədə MBNP-nin məlumatında deyilir.
"Palatanın Direktorlar Şurası oktyabrın 15-də keçirilən iclasda “Naxçıvanbank” ASC-nin Ordubad rayonunda filialının açılması üçün icazə verib. Bundan başqa, MBNP tərəfindən "Kapital Bank" ASC-nin “Bakı Limanı” şöbəsinin açılması üçün də icazə verilib", - deyə məlumatda qeyd olunur.*
A.Əzizov